AMADA və Milli Paralimpiya Komitəsi birgə seminar təşkil edib 

16:20 16.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Antidopinq Agentliyi və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

Milli Paralimpiya Komitəsindən hafta.az-a verilən məlumata görə, seminarda parataekvondo və paraatletika üzrə paralimpiyaçılar iştirak ediblər.

Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib.